Vətənim Media xəbər verir ki, noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağıntı, ayrı-ayrı yerlərdə isə intensiv yağış gözlənilir. Şimşək çaxacağı və dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 12-14 dərəcə isti olacaq.
Rayonlarda havanın temperaturu gecə 7-11, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 2-6 dərəcə isti olacaq.
Əsas mənbə: APA
