Quba-Xınalıq yolu qar və buzdan təmizlənərək açılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Quba-Xınalıq yolu qar və buzdan təmizlənərək açılıb

Vətənim Media xəbər verir ki, Quba və Qusarın yüksək dağlıq ərazilərində qarın hündürlüyü bəzi kəndlərdə 27 santimetrə çatıb. APA-nın Şimal bürosunun məlumatına görə, Qrızda qar örtüyü 27, Xınalıqda 25, Qusarın Laza kəndində isə 20 santimetr olub.

Güclü qar səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Yol qar və buzdan təmizləndikdən sonra nəqliyyat vasitələrinin hərəkətinə açılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗