Vətənim Media xəbər verir ki, Astaranın Deqədi kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan 12-si Astara, 4-ü isə Lənkəran Rayon Mərkəzi xəstəxanalarına aparılıb.
Astara xəstəxanasına çatdırılanların hamısı ambulator müalicə üçün evə buraxılıb. Lənkəranda müalicə alanlardan ikisi evə buraxılıb, digər iki nəfərin müalicəsi davam edir. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, “Mercedes” markalı mikroavtobusun təkəri partlayıb, sürücü idarəetməni itirib və maşın yol kənarına aşıb. Faktla bağlı araşdırma aparılır.
Əsas mənbə: APA
