Vətənim Media xəbər verir ki, Astara rayonunun Deqədi kəndi ərazisində noyabrın 11-də saat 09:45 radələrində mikroavtobus aşıb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinin təkəri partlayıb və mikroavtobus yol kənarına aşıb.
Qəza zamanı 16 sərnişin xəsarət alıb. Onlardan 4-ü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib; xəsarət alanların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Əsas mənbə: APA
