“Azeri Light” neftinin bareli 99,40 dollara düşüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Azeri Light” neftinin bareli 99,40 dollara düşüb

Vətənim Media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,50 dollar ucuzlaşaraq 99,40 dollar olub. APA-nın məlumatına görə, azalma 1,49 faiz təşkil edib.

Bundan əvvəl neftin bir bareli 100,90 dollara ticarət edilmişdi. Azərbaycanın 2026-cı il dövlət büdcəsində orta neft qiyməti 65 dollar götürülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗