Vətənim Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,97% azalaraq 73 769,23 dollar olub. Son yeddi gündə kriptovalyutanın dəyəri 3,76% geriləyib.
Digər əsas kriptovalyutalardan “Ethereum” 2,31%, BNB isə 0,89% ucuzlaşıb. Ən kəskin eniş “Zcash”da qeydə alınıb: onun qiyməti 10,93% azalaraq 1 026,18 dollara düşüb. “CoinMarketCap 20” indeksi də 1,66% geriləyərək 147,48 bənd təşkil edib; “Bitcoin”in bazar kapitallaşması təxminən 1,48 trilyon dollar olub.
Əsas mənbə: APA
