İsrail vasitəçilərdən HAMAS-ın Qəzzada dərhal tərksilahını tələb edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İsrail vasitəçilərdən HAMAS-ın Qəzzada dərhal tərksilahını tələb edir

Vətənim Media xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin noyabrın 10-da yaydığı məlumata görə, İsrail vasitəçilərdən HAMAS-ın Qəzza zolağının bütün ərazisində dərhal tərksilah edilməsini tələb etmələrini istəyib. Bu tələb ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik planının həyata keçirilməsi çərçivəsində irəli sürülüb.

Netanyahunun ofisi bildirib ki, plana əsasən, Qəzzanın bərpasına başlanmazdan əvvəl HAMAS tərksilah edilməli, bölgə isə hərbsizləşdirilməlidir. İsrail tərəfi HAMAS-ın indiyədək heç bir silah təhvil vermədiyini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗