Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Rusiyanın Kalininqrad vilayətində Polşanın xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən iki nəfər həbs edilib. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmətin bildirdiyinə görə, şübhəlilər Polşanın Hərbi Kəşfiyyat Xidməti və Daxili Təhlükəsizlik Agentliyinin tapşırıqlarını yerinə yetirərək Rusiya hərbçiləri, Müdafiə Nazirliyinin obyektləri və regiondakı vəziyyət barədə məlumat toplayıblar. Onlara qarşı casusluq maddəsi ilə cinayət işi açılıb.
Əsas mənbə: APA
