Vətənim Media xəbər verir ki, maliyyə naziri Sahil Babayev Azərbaycanda vergi və gömrük güzəştlərinin məbləğinin böyük olduğunu bildirib. O, bunu Milli Məclisin bir neçə komitəsinin birgə iclasında deyib.
Nazirin sözlərinə görə, güzəştlər hökumətin təsdiqlədiyi metodologiya ilə qiymətləndirilir. Maliyyə Nazirliyinin yaratdığı portalda onların fiskal və iqtisadi təsirləri təhlil olunur, nəticələr isə məqsədəuyğunluq rəyi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Babayev güzəştlərin iqtisadiyyata, real sektora və sahibkarlığa dəstək məqsədi daşıdığını, müddəti bitdikdə isə uzadılma məsələsinə yenidən baxıldığını qeyd edib. Güzəştlərin bir hissəsinin sosial siyasət və həssas qrupların qorunması üçün tətbiq edildiyini də bildirib.
Əsas mənbə: APA
