Florida sahillərində dünyanın ən böyük süni sualtı rifi yaradılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Florida sahillərində dünyanın ən böyük süni sualtı rifi yaradılacaq

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, vaxtilə dünyanın ən sürətli sərnişin gəmisi olmuş “SS United States” Florida sahillərində batırılaraq süni sualtı rifə çevriləcək. Təxminən 30 il Filadelfiya limanında qalan gəmi dəniz canlıları üçün yaşayış məkanı, dalğıclar üçün isə turizm məkanı olacaq.

1952–1969-cu illərdə fəaliyyət göstərən gəmi ABŞ-ın sabiq prezidentləri Harri Truman, Duayt Eyzenhauer, Con Kennedi və Bill Klintonu, həmçinin Marlon Brando, Koko Şanel və Uolt Disney kimi məşhurları daşıyıb. Muzey və ya üzən hotel layihələri reallaşmadıqdan sonra gəmini Florida ştatının Okaluza dairəsinin hakimiyyəti satın alıb.

Təmizlənib bərpa olunan gəmi Alabama ştatından Floridanın Destin sahillərinə aparılıb. Onun partlayıcı maddələrdən istifadə edilmədən xüsusi əməliyyatla batırılması planlaşdırılır. Gəminin tarixini əks etdirən muzey quruda yaradılacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗