Vətənim Media xəbər verir ki, 12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də referendumla qəbul edilib və həmin il noyabrın 27-də qüvvəyə minib.
Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Ona 2002, 2009 və 2016-cı illərdə referendumla əlavə və dəyişikliklər edilib. Konstitusiya Günü bayram olsa da, noyabrın 12-si iş günüdür.
Əsas mənbə: APA
