Vətənim Media xəbər verir ki, 2027-ci il dövlət büdcəsi layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və əlaqəli sahələr üçün ümumilikdə 643 milyon manat nəzərdə tutulub. Maliyyə nazirinin müavini Himalay Məmişov bu barədə Milli Məclis komitələrinin birgə iclasında məlumat verib.
Məmişovun sözlərinə görə, ümumi məbləğin 239 milyon manatı mədəniyyət və incəsənət sahəsindəki fəaliyyətə, o cümlədən kitabxana, muzey, mədəniyyət mərkəzi, teatr və musiqi kollektivlərinin saxlanmasına yönəldiləcək. Bu sahələr üzrə büdcə xərcləri 2025-ci ilin icrası ilə müqayisədə 116 milyon manat, yaxud 22 faiz çoxdur.
Əsas mənbə: APA
