Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilən dəyirmi masada iştirak edib. O, çıxışında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışıb.
Prezident bildirib ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanandan sonra ölkəmizin Aİ-yə qaz təchizatı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu həcm Azərbaycanın ixracının, demək olar ki, yarısını təşkil edir. Əliyev yeni yataqların kəşf edildiyini və qaz təchizatını artırmağın planlaşdırıldığını deyib.
Dövlət başçısının sözlərinə görə, Bakıdan İtaliyaya uzanan, yeddi ölkədən keçən və Aİ-nin 10 ölkəsini təchiz edən boru kəməri tam gücü ilə işləyir. Yunanıstan və İtaliya istiqamətində ötürücülük gücü 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qaldırılıb. Əliyev Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu da bildirib.
Əsas mənbə: APA
