Bolqarıstan ordusunun ehtiyatlarından Ukraynaya silah tədarükünü dayandırıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bolqarıstan ordusunun ehtiyatlarından Ukraynaya silah tədarükünü dayandırıb

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Bolqarıstan hökuməti ordunun ehtiyatlarından Ukraynaya silah tədarükünü dayandırıb. Baş nazir Rumen Radev iyunun 10-da hökumətin iclasında ölkəsinin artıq kifayət qədər hərbi yardım göstərdiyini bildirib.

Radev Ukraynada sülhün hərbi vasitələrlə əldə edilə bilməyəcəyini, diplomatik həllə ehtiyac olduğunu deyib. Bununla yanaşı, Bolqarıstanın müdafiə sənayesinin kommersiya məqsədli silah ixracına məhdudiyyət qoyulmayıb. Baş nazir ölkəsinin Ukraynaya elektrik enerjisi, enerji və dəmir yolu infrastrukturunun bərpası, eləcə də digər sahələrdə dəstəyinin davam etdiyini bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗