Vətənim Media xəbər verir ki, Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Opel” və “VAZ-2104” markalı avtomobillər toqquşub. Hadisə dünən saat 23 radələrində baş verib.
Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində ölüb. Həmin avtomobildəki digər iki sərnişin, eləcə də “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsinin APA-ya verdiyi məlumata görə, faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır.
Əsas mənbə: APA
