Vətənim Media xəbər verir ki, Sabunçu rayonunun Ramana qəsəbəsində avtomobilindən 6 min manat nağd pul və bank kartları oğurlanması barədə polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən E. Ağamirzəyev saxlanılıb. Araşdırma zamanı onun avtomobilin açıq qapısından istifadə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.
Əsas mənbə: APA
