Vətənim Media xəbər verir ki, Ordubad rayonunun Dırnıs kəndində avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar 1955–1992-ci illərdə doğulublar. İlkin məlumata əsasən, onlar yas mərasiminə gedərkən qəzaya düşüblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
