Vətənim Media xəbər verir ki, “La Poste”nin rəqəmsal xidmətlərindən biri olan “Maileva”ya qarşı kiberhücumda 22 milyon nəfərin şəxsi məlumatları oğurlanıb. APA-nın məlumatına görə, hücum sentyabrın ortalarında baş verib. Platforma şirkətlərə sənəd dövriyyəsi və onlayn poçt göndərilməsi xidmətləri göstərir.
“La Poste” hadisə barədə Fransanın Şəxsi Məlumatların Qorunması üzrə qurumuna məlumat verib və araşdırmaya başlanılıb.
Əsas mənbə: APA
