“Kəpəz” – “Qarabağ” matçının biletləri 2 manatdan başlayır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Kəpəz” – “Qarabağ” matçının biletləri 2 manatdan başlayır

Vətənim Media xəbər verir ki, Misli Premyer Liqasının XII turunda keçiriləcək qarşılaşmaya biletlər satışa çıxarılıb. APA-nın məlumatına görə, bu barədə Gəncə klubunun mətbuat xidməti açıqlama yayıb.

Azarkeşlər biletləri 2, 3, 5, 10 və 20 manata ala bilərlər. Biletlər iTicket.az saytında və Gəncə Şəhər Stadionunun kassalarında satılır. Matç noyabrın 22-də saat 17:00-da başlayacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗