Vətənim Media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib: ölkəsinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş tezliklə baş tuta bilər. APA-nın yerli bürosunun məlumatına görə, görüş Tbilisi və ya Moskvadan kənarda keçirilə bilər.
Kobaxidzenin sözlərinə görə, tərəflər arasında əlaqələr fəal şəkildə davam edir və görüşdə nəzərdə tutulan format üzrə bütün məsələlər müzakirə olunacaq. Baş nazir görüş yeri barədə ictimaiyyətə məlumat veriləcəyini deyib. Rəsmi Moskva isə xüsusi nümayəndələr səviyyəsində dayandırılmış dialoqun bərpa olunduğunu bildirib.
Əsas mənbə: APA
