Vətənim Media xəbər verir ki, Kürdəmirdə “Nissan” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı hər iki sürücü və “Mercedes”də olan iki sərnişin xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, “Nissan”ı 1995-ci il təvəllüdlü Elçin İbrahimov, “Mercedes”i isə Ağdaş şəhər sakini Anar Cəfərov idarə edib. Xəsarət alan sərnişinlər Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Tağıyevdir.
Əsas mənbə: APA
