Qaraçuxurda 1115 kvadratmetrlik idman zalı açıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qaraçuxurda 1115 kvadratmetrlik idman zalı açıldı

Vətənim Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib. Açılışda gənclər və idman naziri Fərid Qayıbov idman zalında yaradılan şərait barədə məlumat verib.

Ümumi sahəsi 1115 kvadratmetr olan kompleksdə ikimərtəbəli idman zalı, açıq hava meydançası, uşaqlar üçün minifutbol meydançası və şahmat sahəsi yaradılıb. Zalda gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, voleybol və basketbol məşqləri, həmçinin aerobika, rəqs və trenajor məşqləri keçirilə biləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗