“Bir ovuc dünya” sənədli filmi COP31-də nümayiş etdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Bir ovuc dünya” sənədli filmi COP31-də nümayiş etdirilib

Vətənim Media xəbər verir ki, noyabrın 16-da COP31-in Azərbaycan pavilyonunda “Bir ovuc dünya” sənədli filminin xüsusi nümayişi keçirilib. Filmi Mətbuat Şurası İdarə Heyətinin üzvü Ayaz Mirzəyevin sədri olduğu “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi çəkib.

Ayaz Mirzəyev bildirib ki, film Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidi və işğal illərində baş verənləri sənədli vizual yaddaş kimi əks etdirir. Onun sözlərinə görə, ekran əsərinin məqsədi ekoloji dağıntıların miqyasını və nəticələrini göstərmək, beynəlxalq auditoriyanı məlumatlandırmaqdır. Nümayişdən sonra ekologiya üzrə beynəlxalq mütəxəssislər, alimlər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri müzakirə aparıblar.

Filmin ərsəyə gəlməsinə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstək verib. “Bir ovuc dünya”nın ilk nümayişi 2024-cü ildə COP29 çərçivəsində Bakıda keçirilib.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗