Vətənim Media xəbər verir ki, “APA-Economics” birja məlumatlarına istinadən qızıl və gümüş fyuçerslərinin qiymət artımı barədə məlumat yayıb.
Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçersləri 0,55% bahalaşaraq bir troya unsiyası üçün 3 874,1 dollara çatıb. Gümüşün həmin dövr üzrə fyuçerslərinin qiyməti isə 1,22% artaraq unsiya üçün 47,43 dollar olub.
Əsas mənbə: APA
