İşsizlikdən sığorta fondunun 2027-ci il xərcləri 319,2 milyon manat olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İşsizlikdən sığorta fondunun 2027-ci il xərcləri 319,2 milyon manat olacaq

Vətənim Media xəbər verir ki, Milli Məclisdə İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsi müzakirə olunub. Layihədə fondun xərcləri 319 milyon 200 min manat nəzərdə tutulub.

Xərclərin 268 milyon 900 min manatının fondun 2027-ci il büdcə gəlirləri, 50 milyon 300 min manatının isə 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır. Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗