Lukaşenkonun tapşırığı ilə Belarus sərhəd qoşunlarının hazırlığı yoxlanılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lukaşenkonun tapşırığı ilə Belarus sərhəd qoşunlarının hazırlığı yoxlanılır

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə ölkənin sərhəd qoşunlarında döyüş hazırlığının qəfil yoxlanılmasına başlanıb. Belarusun dövlət təhlükəsizliyi katibi Aleksandr Volfoviç bildirib ki, yoxlama Dövlət Sərhəd Komitəsinin bölmələrini, o cümlədən mobil manevr qruplarını əhatə edir.

Sərhəd xidmətinin bütün birləşmə və dəstələrinin manevr qrupları tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yoxlamaya Ukrayna ilə həmsərhəd Brest və Qomel istiqamətlərindəki bölmələr, eləcə də Lida sərhəd dəstəsi cəlb olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗