Vətənim Media xəbər verir ki, ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin APA-ya verdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondu dəfnə, uşağın anadan olmasına, eləcə də cəzaçəkmə müəssisəsindən azad edilərək sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətləri ödəyib.
Əsas mənbə: APA
