Vətənim Media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyaya gedən “Mercedes” və “Renault” yük maşınlarına baxış keçirilib.
Yoxlama zamanı avtomobillərdə müvafiq olaraq 9 ton 200 kiloqram və 14 ton 445 kiloqram ehtiyat hissəsi aşkarlanıb. Sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilib. Hər iki sürücü saxlanılıb, faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.
Əsas mənbə: APA
