Arda Gülərin “Real Madrid”lə müqaviləsi 2032-ci ilin yayınadək uzadıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Arda Gülərin “Real Madrid”lə müqaviləsi 2032-ci ilin yayınadək uzadıldı

Vətənim Media xəbər verir ki, “Real Madrid” Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülərlə yeni müqavilə imzalayıb. APA-nın klubun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, 21 yaşlı futbolçunun sözləşməsi 2032-ci ilin yayınadək uzadılıb.

Yeni müqavilə ilə Gülərin maaşı da artırılıb. Onun əvvəlki sözləşməsi 2029-cu ilin yayınadək qüvvədə idi. Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan Madrid klubuna keçib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗