İlin əvvəlindən 6 vəkil Kollegiyadan xaric edilib, 27-si cərimələnib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İlin əvvəlindən 6 vəkil Kollegiyadan xaric edilib, 27-si cərimələnib

Vətənim Media xəbər verir ki, 2026-cı ilin yanvarından indiyədək Vəkillər Kollegiyasına daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb. Kollegiyanın məlumatına görə, Rəyasət Heyəti intizam işləri üzrə 102 qərar qəbul edib.

Qərarlar əsasında 6 vəkil Kollegiyadan xaric olunub, 27 vəkilə cərimə tətbiq edilib. Daha 11 vəkil xəbərdarlıq alıb, 9-na töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. 14 vəkilə isə gələcək peşə fəaliyyətində qanunvericiliyə və peşə etikası qaydalarına ciddi əməl etmələri xatırladılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗