Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə APEC sammiti çərçivəsində danışıqlara başlayıblar. Putin Çinə iki günlük işgüzar səfərə gedib.
Si Cinpin iki ölkə arasındakı münasibətləri böyük dövlətlər arasında yeni tipli əlaqələr üçün nümunə adlandırıb və onların sabitliyini dağa bənzədib. Putin isə ikitərəfli əməkdaşlığın yüksəlişdə olduğunu, xarici siyasət əlaqələrinin sabit qaldığını bildirib. O, Moskva ilə Pekinin daha ədalətli çoxqütblü dünya nizamı uğrunda birgə çalışdığını deyib.
Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, geniş tərkibdə keçiriləcək danışıqlarda enerji, maliyyə, yüksək texnologiyalar və süni intellekt müzakirə olunacaq. Daha sonra liderlər Ukrayna və Koreya yarımadası da daxil olmaqla xarici siyasət məsələlərinə həsr olunmuş işgüzar səhər yeməyində iştirak edəcəklər. Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüşün noyabrın 19-na planlaşdırıldığı bildirilib.
Əsas mənbə: APA
