Vətənim Media xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində axşam saatlarında iki avtomobil toqquşub. APA-nın Şimal bürosunun məlumatına görə, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ-21099”da olan sürücü və altı sərnişin xəsarət alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kəndindən olan bir ailənin üzvləri — ata, ana və dörd qız övladı olduğu bildirilir.
Əsas mənbə: APA
