Vətənim Media xəbər verir ki, gömrük orqanlarında əməkdaşların başqa vəzifələrə keçirilməsi və rotasiya mexanizminin tətbiqi üçün hüquqi baza yaradılması təklif olunur. APA-nın məlumatına görə, bu müddəalar Milli Məclisin iclasında müzakirəyə çıxarılan qanun layihəsində yer alıb.
Layihə gömrük işçilərinin başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyi və rotasiya qaydalarının tətbiqi üçün normativ baza yaratmağı nəzərdə tutur. Sənəd birinci oxunuşda qəbul edilib.
Əsas mənbə: APA
