İranda alkoqollu içkilərdən zəhərlənən 20 nəfər ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İranda alkoqollu içkilərdən zəhərlənən 20 nəfər ölüb

Vətənim Media xəbər verir ki, İran Səhiyyə Nazirliyinin müalicə məsələləri üzrə nazir müavini Səccad Rəzəvinin açıqlamasına görə, noyabrın 1-dən indiyədək ölkənin doqquz şəhərində 356 nəfər alkoqollu içkilərdən zəhərlənib. Zərərçəkənlərin orta yaşı təxminən 30-dur.

Rəzəvi bildirib ki, 187 nəfər xəstəxanaya yerləşdirilib, 142 nəfər evə buraxılıb, 20 nəfər isə ölüb. Zəhərlənənlərdən 80-nə dializ tətbiq olunub və ya hazırda bu müalicəni alır, 16 nəfərdə görmə bulanıqlığı yaranıb, 33 nəfər reanimasiyada müalicə olunur. Nazir müavini zəhərlənmədən şübhələnənləri əlamətlər ağırlaşmadan tibb müəssisəsinə müraciət etməyə çağırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗