Vətənim Media xəbər verir ki, Almaniya hökuməti “Patriot” zenit-raket kompleksləri üçün yeni raketlərin və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı nəzərdə tutur. APA-nın “Reuters”ə, Almaniyanın müdafiə və maliyyə nazirliklərinin sənədlərinə istinadən yaydığı məlumata görə, ilkin müqavilə ən azı 480 raketin alınmasını əhatə edir. Dəqiq say açıqlanmayıb.
Tədarükün 2030-cu ildən 2033-cü ilin sonunadək həyata keçirilməsi planlaşdırılır. Almaniya 2027-ci ildə müdafiə xərclərinə təxminən 140 milyard avro ayırmağı da nəzərdə tutur.
Əsas mənbə: APA
