Vətənim Media xəbər verir ki, Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Tacikistan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Tacikistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzod rəhbərlik edib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər təcrübə mübadiləsinin və görüşlərin ordular arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar.
Əsas mənbə: APA
