Vətənim Media xəbər verir ki, “PDD Holdings” şirkətinin “Temu” platformasının qiymət siyasəti və hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırma yekunlaşıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin APA-ya verdiyi məlumata görə, araşdırmada rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.
Rəqabət Məcəlləsinin 16.2.1, 16.2.7 və 16.2.8-ci maddələrinin pozulması əlamətləri üzrə iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul olunub. İşə baxılması prosesi davam edir.
Əsas mənbə: APA
