Vətənim Media xəbər verir ki, Azərbaycan Milli QHT Forumunda kəlağayı sənətinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Mirzə Ələkbər Sabir Fondunun təşkil etdiyi görüşdə vətəndaş cəmiyyəti nümayəndələri və Bakı Dövlət Universitetinin “Xarıbülbül” klubunun üzvləri iştirak ediblər.
İştirakçılara kəlağayının hazırlanma üsullarını əks etdirən film göstərilib. Sərgidə qədim kəlağayı nümunələri, naxış basmaq üçün taxta qəliblər və xam ipək saplar nümayiş olunub. Tədbirdə kəlağayının 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi, 26 noyabrın isə Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunduğu bildirilib.
Əsas mənbə: APA
