Xırdalan–Sumqayıt xəttində sərnişin daşımaları ilin sonuna qədər bərpa olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xırdalan–Sumqayıt xəttində sərnişin daşımaları ilin sonuna qədər bərpa olunacaq

Vətənim Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının körpü təmiri və hazırlıq işləri başa çatdıqdan sonra ilin sonuna qədər bərpa ediləcəyini bildirib.

Qurum APA-Economics-in sorğusuna cavabında qeyd edib ki, Xırdalan–Biləcəri sahəsindəki körpüdə növbəti diaqnostika zamanı qatarların təhlükəsiz və interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb. Onların aradan qaldırılması üçün təmirə başlanılıb. Əvvəlki yoxlamalarda təcili təmir tələb edən qüsur qeydə alınmamışdı.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗