Yevlaxda “Mercedes Vito” ilə “KamAZ” toqquşdu: iki nəfər öldü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Yevlaxda “Mercedes Vito” ilə “KamAZ” toqquşdu: iki nəfər öldü

Vətənim Media xəbər verir ki, Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığındakı hissəsində “Mercedes Vito” markalı avtomobillə “KamAZ” toqquşub. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza nəticəsində iki nəfər ölüb.

“Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində həyatını itirib. Sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov xəstəxanaya çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗