Vətənim Media xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) gəmi-bərələri ilə 35 975 ədəd avtotexnika daşınıb. Ötən ilin eyni dövründə bu göstərici 32 059 olub.
APA-nın ASCO-ya istinadən yaydığı məlumata görə, daşınan avtotexnikanın ümumi çəkisi 935 457 ton təşkil edib. 2025-ci ilin müvafiq dövründə isə 805 566 ton daşınmışdı. Oktyabrda daşınma həcmi 97 900 tona çatıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 23% çoxdur.
Əsas mənbə: APA
