Vətənim Media xəbər verir ki, noyabrın 24-də Ay batmaqda olan Günəşin qarşı tərəfində doğub və tam fazada görünüb. NASA-nın məlumatına görə, noyabrın tam Ayı Yerə ən yaxın nöqtəyə də yaxın olduğundan ilin ən böyük və parlaq tam Aylarından biri sayılıb.
“Qunduz Ayı” kimi də tanınan noyabr tam Ayı, Yerə yaxın nöqtədə görünəcək ardıcıl dörd tam Ayın birincisidir. NASA-nın bildirdiyinə görə, növbəti superayı dekabrın 23-də, “Soyuq Ay” doğanda müşahidə etmək mümkün olacaq.
Əsas mənbə: NASA
