Vətənim Media xəbər verir ki, “Politico” Trampın NATO-nun Baş katibi Mark Rutte ilə razılaşdırmadan onların birgə bəyanatına Ukraynaya ünvanlanan xəbərdarlıq daxil etdiyini yazıb. Nəşrin məlumatına görə, xəbərdarlıq Kiyevi münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Tramp və Rutte noyabrın 25-də Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşüblər. Görüşdən sonra Ağ Ev onların birgə bəyanatını yayıb. Sənəddə münaqişənin tezliklə sülh yolu ilə həllinin və genişlənməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb; genişlənmə riski Rusiyanın qəsdən və ya bilməyərəkdən belə nəticəyə gətirə biləcək hərəkətləri ilə əlaqələndirilib. Bəyanat NATO-nun rəsmi saytında da dərc olunub.
Əsas mənbə: APA
