Vətənim Media xəbər verir ki, Milli Məclisin iclasında deputat Nizami Səfərov Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini sülh müqaviləsinin yekun imzalanması üçün əsas hüquqi şərt adlandırıb. APA-nın məlumatına görə, o, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasının vacib olduğunu bildirib. Səfərovun sözlərinə görə, bu, Azərbaycanın istəyi deyil, obyektiv şərtdir.
Deputat Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyinin nəticəsi kimi qiymətləndirib. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını regionda yeni mərhələnin başlanğıcı hesab edib və Cənubi Qafqazın münaqişə zonasından sülh zonasına çevrilməsinin vacibliyini vurğulayıb.
Əsas mənbə: APA
