Vətənim Media xəbər verir ki, Polşa Baş Prokurorluğunun sözçüsü Pşemıslav Novak araşdırmanın yaxın zamanda başa çatacağını bildirib. APA-nın məlumatına görə, Novak qəzanın əsas səbəbləri sırasında qeyri-sabit eniş cəhdini, təyyarənin hündürlüyünün yanlış qiymətləndirilməsini və ikinci dövrəyə qalxmaq qərarının gec verilməsini göstərib. O, minimum 120 metr hündürlükdən aşağı enişin davam etdirilməsini əsas amil adlandırıb.
Novakın sözlərinə görə, qəza günü ərazidə duman olub və faciədən təxminən 20 saniyə əvvəl sistem ən yüksək səviyyəli xəbərdarlıq siqnalı verib. 2010-cu il aprelin 10-da Smolensk vilayətində qəzaya uğrayan təyyarədə keçmiş prezident Lex Kaçınski, həyat yoldaşı və yüksək vəzifəli şəxslər də daxil olmaqla 96 nəfər olub. Onların hamısı həlak olub.
Əsas mənbə: APA
