Zelenski təhlükəsizlik təminatlarına Aİ üzvlüyü və güclü ordunun daxil olmasını istəyir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Zelenski təhlükəsizlik təminatlarına Aİ üzvlüyü və güclü ordunun daxil olmasını istəyir

Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində ölkəsinin təhlükəsizlik təminatlarının Avropa İttifaqına üzvlüyünü, güclü ordunu və bərpanın maliyyələşdirilməsini əhatə etməli olduğunu bildirib. APA-nın məlumatına görə, Zelenski bu təminatların atəşkəs və onunla bağlı razılaşma ilə birlikdə nəzərdən keçirilməli, NATO-ya bənzər mexanizmə əsaslanmalı olduğunu deyib.

Zelenskinin sözlərinə görə, Rusiya yenidən hücum edərsə, tərəfdaşların necə cavab verəcəyi əvvəlcədən aydın olmalıdır. O, sülh nizamlanması çərçivəsində Ukraynada neçə ölkənin və neçə hərbçinin yerləşdiriləcəyini müəyyənləşdirən konkret mexanizmlərin vacibliyini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗