Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığında Ukrayna qüvvələrinin Liviya sahillərində Rusiya hərbi gəmisinə qarşı əməliyyatı Avropa tərəfdaşları ilə əvvəlcədən razılaşdırmadığını təsdiqləyib.
Zelenski iki ölkənin müvafiq qurumları arasında məlumat mübadiləsi və müntəzəm əlaqələrin təmin ediləcəyini bildirib. Bu açıqlama onun Ukrayna qüvvələrinin tərəfdaşlarla razılaşdırmadan zərbə endirmədiyi barədə əvvəlki sözləri ilə ziddiyyət təşkil edir.
Əsas mənbə: APA
