ŞƏHİDLƏRİMİZ

HƏMİŞƏ QƏLBİMİZDƏ

“Onlar Vətənə can verdilər,
biz onlara minnətdarıq!”

🇦🇿 Şəhidlərimizin xatirəsinə
ŞƏHİDLƏRİMİZ Vətən müharibəsinin qəhrəmanları Əbədi xatirəmizdə Şəhidlər ölmür, Vətən bölünməz!
🇦🇿 ŞƏHİDLƏRİMİZ
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə
BÜTÜN ŞƏHİDLƏRİN SİYAHISI →
🇦🇿 ŞƏHİDLƏRİMİZ

Author: gunaynovruz

  • NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib

    NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib

    Mənbə: Müdafiə Nazirliyi

    Ana səhifə Xəbərlər 8 Sentyabr 2026 10:00 NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (Defence Education Enhancement Programme – DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib. Tədbir çərçivəsində iştirakçılara müasir təlim və tədris metodları, məşğələlərin səmərəli təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi, qarşılıqlı effektiv müəllim–tələbə əlaqəsinin qurulması və digər aktual mövzular üzrə məlumatlar təqdim olunub. Treninqin əsas məqsədi hərbi təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin pedaqoji və metodiki bacarıqlarının təkmilləşdirilməsi, müasir tədris metodlarının tətbiqinin genişləndirilməsi, təhsil prosesinin səmərəliliyinin artırılması, eləcə də hərbi təhsilin qabaqcıl beynəlxalq təcrübə və NATO standartları əsasında inkişaf etdirilməsidir. Azərbaycan Respublikasının PrezidentiSilahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabineti Heydər Əliyev Fondu Virtual Qarabağ XOCALIYA ƏDALƏT

    Orijinal xəbər: https://mod.gov.az/az/news/nato-nun-deep-proqrami-cercivesinde-muellimlerin-tekmillesdirilmesi-treninqi-nin-iv-merhelesi-kecirilib-57810.html

  • Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının məlumatı

    Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının məlumatı

    Mənbə: Nazirlər Kabineti

    Mətbuat xidmətinin məlumatı Bütün xəbərlər Görüşlər Tədbirlər Səfərlər Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin bülletenləri Nazirlər Kabineti yanında Operativ Qərargah 08 Sentyabr 2026 – 12:13 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının məlumatı Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub. Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

    Orijinal xəbər: https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/azerbaycan-investisiya-holdinqinin-musahide-surasi-3550

  • Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

    Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

    Mənbə: Nazirlər Kabineti

    Mətbuat xidmətinin məlumatı Bütün xəbərlər Görüşlər Tədbirlər Səfərlər Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin bülletenləri Nazirlər Kabineti yanında Operativ Qərargah 08 Sentyabr 2026 – 16:35 Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 8-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səylərinin ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rolu vurğulanıb. İki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin müsbət dinamikası vurğulanıb. Yaşıl enerji sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın ardıcıl inkişaf etdiyi bildirilərək “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsi və tranzit potensialının artırılması baxımından önəmi diqqətə çatdırılıb. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafı yüksək qiymətləndirilib, partiyalararası əməkdaşlığın və qarşılıqlı təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib. Görüşdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

    Orijinal xəbər: https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/bas-nazir-eli-esedov-cin-kommunist-partiyasi-merke-3551

  • İşğaldan azad edilmiş ərazilərdə bir sıra fəaliyyət sahələri və mallar üzrə idxal güzəştləri genişləndirilib

    İşğaldan azad edilmiş ərazilərdə bir sıra fəaliyyət sahələri və mallar üzrə idxal güzəştləri genişləndirilib

    Mənbə: Nazirlər Kabineti

    Mətbuat xidmətinin bülletenləri Bütün xəbərlər Görüşlər Tədbirlər Səfərlər Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin bülletenləri Nazirlər Kabineti yanında Operativ Qərargah 08 Sentyabr 2026 – 17:34 İşğaldan azad edilmiş ərazilərdə bir sıra fəaliyyət sahələri və mallar üzrə idxal güzəştləri genişləndirilib Nazirlər Kabinetinin 264 №-li Qərarına dair izah Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”na dəyişiklik edilib. Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib. Belə ki, kənd təsərrüfatı istehsalının bir sıra sahələri, şərabçılıq, habelə müəyyən tikinti materiallarının istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə əlavə edilib. Bununla əlaqədar olaraq, həmin fəaliyyət sahələri üzrə istifadə olunan bir sıra xammal, material, texnika, texnoloji avadanlıq və qurğuların idxalı da əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısına daxil edilib. Dəyişikliklərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı və istehsal sahələrinin inkişafının dəstəklənməsi, eləcə də həmin ərazilərə yeni texnologiyaların və müasir avadanlıqların cəlb edilməsinin təşviq edilməsidir.

    Orijinal xəbər: https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-bulletenlari/isgaldan-azad-edilmis-erazilerde-bir-sira-fealiyye-3552

  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib

    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib

    Mənbə: Daxili İşlər Nazirliyi

    PRESS-RELİZLƏR ÇIXIŞLAR VƏ MÜSAHİBƏLƏR KRİMİNAL XRONİKA MEDİA HESABATI Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib 08.09.2026 Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.Müvafiq status Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir. Geriyə qayıt Paylaş: Çap et Ən son press-relizlər Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib 11.09.2026 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib 08.09.2026 Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib 01.09.2026 Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək 24.08.2026 DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 27.07.2026 Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır 20.07.2026 Daxili işlər naziri Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşüb 14.07.2026 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub 09.07.2026 Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib 07.07.2026 Xalqa və dövlətə xidmət təntənəsi 02.07.2026 Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək 25.06.2026 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub 21.06.2026 DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 19.06.2026 Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib 04.06.2026 DİN Mətbuat Xidmətinin məlumatı 02.06.2026 ƏLAQƏLİ PRESS-RELİZLƏR Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib 11.09.2026 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib 08.09.2026 Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib 01.09.2026 Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək 24.08.2026

    Orijinal xəbər: https://mia.gov.az/az/news/2027//

  • Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

    Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

    Mənbə: Müdafiə Nazirliyi

    Ana səhifə Xəbərlər 7 Sentyabr 2026 15:06 Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, “Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair” işçi görüşü keçirilib. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji Təminat İdarəsində keçirilən görüşdə Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi sahəsində görülən işlər barədə məlumat verilib və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Tədbirin sonunda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib. Azərbaycan Respublikasının PrezidentiSilahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabineti Heydər Əliyev Fondu Virtual Qarabağ XOCALIYA ƏDALƏT

    Orijinal xəbər: https://mod.gov.az/az/news/bolqaristan-mudafie-nazirliyinin-numayende-heyeti-azerbaycanda-seferde-olub-57807.html

  • İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

    İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

    Mənbə: Prezident.az

    XƏBƏRLƏR Tədbirlər İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub 06 sentyabr 2026, 15:00 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış oldular. Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirildi. Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirildi. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar

    Orijinal xəbər: https://president.az/az/articles/view/73449

  • İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Mənbə: Prezident.az

    XƏBƏRLƏR Qəbullar İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib 03 sentyabr 2026, 11:10 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğuladı. Prezident İlham Əliyev dedi ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edildi. ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulandı. Görüşdə mədəniyyətlərarası dialoqa toxunuldu, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edildi. ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirdi. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar

    Orijinal xəbər: https://president.az/az/articles/view/73436

  • İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    Mənbə: Prezident.az

    XƏBƏRLƏR Qəbullar İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 02 sentyabr 2026, 14:20 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib. Dmitro Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi. Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və “orta güc” dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitro Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd etdi. Dmitro Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu. Minalar problemini qeyd edən Dmitro Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi. Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğuladı. Dmitro Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd etdi. Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olundu. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar

    Orijinal xəbər: https://president.az/az/articles/view/73428

  • İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Mənbə: Prezident.az

    XƏBƏRLƏR Qəbullar İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 02 sentyabr 2026, 13:47 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik. Bildiyiniz kimi, aprel ayından etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir. Biz Çin şirkətlərində Azərbaycanda fəaliyyət göstərmək üçün böyük marağın olduğunu görməyə çox şadıq. Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir. Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən “ŞƏT plyus” formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur. Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur. Biz sizin birbaşa məsul olduğunuz sahədə əməkdaşlıq və güclü tərəfdaşlıq üçün böyük potensial görürük. Mən şadam ki, həmkarlarınızla danışıqlar aparmaq, ölkə ilə tanış olmaq və Azərbaycanı daha yaxından tanımaq üçün burada bir neçə gün keçirəcəksiniz. Nəhayət sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər. Bu da dostluğun çox mühüm əlamətidir. Sizə ən xoş arzularımı çatdırır, ölkənizə sağ-salamat qayıtmağınızı arzulayıram. X X X Sonra Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq çıxış edərək dedi: -Zati-aliləri, cənab Prezident İlham Əliyev. Mən Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn prokurorlardan ibarət Çin nümayəndə heyətinə rəhbərlik edirəm. Baş prokuror Kamran Əliyev bizim prokurorluq orqanları ilə mübadiləyə və əməkdaşlığa çox böyük önəm verir, dostluğu və əməkdaşlığı gücləndirmək üçün hər iki prokurorluq orqanlarını güclü təşviq edir. Bu səfərdə mən Azərbaycana gələn nümayəndə heyətinə rəhbərlik edirəm. Bu, iki lider arasında hərtərəfli strateji tərəfdaşlığın təşviqi məqsədilə mühüm ortaq anlaşmanı həyata keçirmək və iki ölkənin prokurorluq orqanları, məhkəmə sistemləri arasında əməkdaşlığı gücləndirmək üçün atılan konkret addımdır. İki gün əvvəl mən Milli Məclisin sədri Sahibə Qafarova, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdüm. Görüşlərimiz çox məhsuldar oldu. “ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirakınızdan sonra məni və nümayəndə heyətimi qəbul etmək üçün dəyərli vaxtınızı ayırmağınız məni məmnun edir. Mən buna görə Sizə prokurorluq orqanları adından və öz adımdan səmimi minnətdarlığımı ifadə etmək istəyirəm. Səfərdən əvvəl Sədr Si Cinpinə Azərbaycana səfər çərçivəsində nümayəndə heyətimizin tərəfinizdən qəbul olunacağı barədə məruzə etdim. Sədr Si Cinpin səmimi salamlarını və arzularını Sizə çatdırmağımı məndən xahiş etdi. Cənab Prezident, Çin və Azərbaycan səmimi dostlar, bərabərhüquqlu tərəfdaşlar və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq quran ölkələrdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin möhkəm təməlini qoyub. İki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra hər iki ölkə qarşılıqlı hörmət, ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə, həmçinin qarşılıqlı faydaya əsaslanan münasibətlərə sadiq qalaraq, dərin dostluğun və qarşılıqlı etimadın formalaşmasına nail olub. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar

    Orijinal xəbər: https://president.az/az/articles/view/73427