Erməni məktəblərində Türkiyə bayrağı asıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ-ın Kaliforniya ştatında erməni məktəblərində Türkiyə bayrağı asılıb.

Turkustan.info xəbər verir ki, bu barədə “Rusarminfo” NBC Los Angeles telekanalına istinadən məlumat yayıb.

Bildirilir ki, polis Ferrahyan erməni məktəbi və Manukyan-Demirçyan təhsil müəssisəsinin ərazisində onlarla Türkiyə bayrağını aşkarlayıb.

Qeyd olunur ki, naməlum şəxs gecə məktəblərin ərazisinə daxil olaraq bayraqları asıb.

Los-Anceles polisi araşdırma aparır.   /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗