“50 min mənzilə çıxarış veriləcək” – Deputat prezidentin sərəncamından DANIŞDI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxmənzilli binalardakı mənzillərə orderlərin verilməsinin asanlaşdırılması haqqında sərəncamı artıq fəaliyyətdədir”. 

Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib. 

Deputat bildirib ki, hesablamalara görə 400 yaşayış kompleksində 50 mindən çox mənzilə çıxarış veriləcək:

“Bu da təqribən 200 min sakin, Bakı əhalisinin isə təqribən 10 faizi deməkdir”.

Vətənim Media Shorts

YouTube-da aç ↗